İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanlı iş adamının müğənni oğlu evlənib?

Mətbuatda müğənni Orxan Babazadənin evləndiyi ilə bağlı xəbərlər yayılıb.

Sənətçinin iki gün əvvəl özünə toy etdiyi iddia edilib.

Məlumatı dəqiqləşdirmək üçün sənətçinin özü ilə əlaqə saxladıq. BAKU.WS-ə açıqlama verən sənətçi yayılan xəbərlərin əsassız olduğunu deyib.

"Belə bir şey yoxdur. Deyilənlər absurddur. Mən evlənməmişəm. Toy etməmişəm. Sadəcə haqqımda reklam xarakterli xəbərlər yayılıb".

Qeyd edək ki, sənətçi aparıcı Zaur Kamalın verilişinə qonaq olan zaman yaxın vaxtlarda toy edəcəyini, şad gününün Türkiyədə baş tutacağını bildirmişdi.

Orxan Babazadənin atası şou əhlinin də yaxından tanıdığı Baba adlı tanınmış iş adamıdır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Sentyabr 2024

23 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR