İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda mindən yuxarı Rusiya kapitallı şirkət çalışır

Rusiyanın digər Xəzəryanı ölkələrlə qarşılıqlı investisiyalarının ümumi həcmi 30 milyard dollara yaxındır. Bu barədə Rusiya iqtisadi inkişaf naziri Maksim Reşetnikov “Rossiyskaya qazeta”ya müsahibəsində məlumat verib. Onun sözlərinə görə, bu məbləğin 65 faizindən çoxu energetika sektoruna yatırılıb, qalanı maşınqayırma, kimya sənayesi və xidmət sektorlarına.

Nazir bildirib ki, investisiyaların mühüm hissəsi – 20 milyard dolları Qazaxıstan və Azərbaycanın payına düşür: “Bu, nəzərəçarpacaq məbləğdir, lakin biz tam potensialı əhatə etdiyimizi söyləyə bilmərik. Hazırlanan layihələrin həcmi əhəmiyyətli şəkildə böyükdür. Bu layihələr maşınqayırma, istehsal kooperasiyaları, tikinti materialları sənayesi istiqamətlərindədir”.

Reşetnikovun sözlərinə görə, 2022-ci ilin əvvəlinə Rusiyanın Azərbaycana investisiyalarının həcmi 6,3 milyard dollar təşkil edib ki, bunun da 5 milyard dolları neft sektoruna yatırılıb. Hazırda mindən artıq Rusiya kapitallı şirkət Azərbaycanda karbohidrogenlərin hasilatı və nəqli, kimya sənayesi, energetika, neft-kimya, əczaçılıq, maşınqayırma və yükdaşıma sahəsində çalışır.

Rusiyanın İranın neft sektoruna yatırımlarının həcmi isə 4 milyard dollar təşkil edir: “Bu ölkə ilə energetika və beynəlxalq nəqliyyat dəhlizlərinin inşası sahəsində birgə layihələrimiz var. Rusiya bu gün Qazaxıstan iqtisadiyyatının əsas sərmayədarları arasında 5-ci yerdədir. 2022-ci ilin əvvəlinə bu ölkəyə investisiyalar 6 milyard dollar təşkil edib. Qazaxıstanda 12 minə yaxın Rusiya kapitallı şirkət fəaliyyət göstərir. Onlar neft, neft-kimya, kimya, energetika, enerjidaşıyıcılarının nəqli, əczaçılıq, İT və digər sektorlarda çalışırlar”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR