İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda mikroavtobus minik maşını ilə toqquşdu - YARALANANLAR VAR

Lənkəranda baş verən qəzada 5 nəfər xəsarət alıb.

Musavat.com apa-ya istinadən xəbər verir ki, yol nəqliyyat hadisəsi köhnə Ələt-Astara magistralında, Lənkəran rayonunun Gərmətük kəndi ərazisindəqeydə alınıb. "Mercedes" markalı mikroavtobus, "KİA" markalı avtomobillə toqquşub.

Nəticədə 5 nəfər, Lənkəran rayonunun Türkəkəran kənd sakini 1991 - ci il təvəllüdlü Camalə Cəfərova, Astara rayonunun Şiyəkəran kənd sakini 2001 - ci il təvəllüdlü Sevinc Məmmədova, Astara rayonunun Şahağacı kənd sakini 1994 - cü il təvəllüdlü İlkin Mikayılov, Astara rayonunun Şiyəkəran kənd sakini 2005 - ci il təvəllüdlü Nərmin Qulamova və Astara rayonunun Motlayataq kənd sakini 2006 - cı il təvəllüdlü Nurşad Cəfərov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Xəsarət alanlar Lənkəran rayon mərkəzi xəstəxanasının acil şöbəsinə yerləşdiriliblər. Müalicələri davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Sentyabr 2024

23 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR