İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda ən çox kredit alan tələbələr bu universitetdəndir - VİDEO

2025-ci ildə təhsil tələbə kreditlərindən faydalanan tələbələrin sayı 60 minə çatdırılacaq.

Musavat.com Xəzər TV-yə istinadən bildirir ki, təhsil eksperti Elşən Qafarov deyir ki, ildən ilə təhsil tələbə krediti fonduna müraciət edənlərin sayında artım müşahidə olunur. Ötən il ərzində ən çox təhsil krediti alan universitetlər arasında Dövlət İqtisad Universiteti birinci yerdədir. Ekspert növbəti sıralarda dayanan universitetlərin adını və say fərqinin səbəblərini də Xəzər Xəbərə açıqlayıb.

Bu artım, xüsusilə aztəminatlı ailələrin üzvləri və təhsil haqqını ödəməkdə çətinlik çəkən digər tələbələr üçün daha əlverişli imkanlar yaradılmasına yönəlib. Hazırda isə 2024/2025-ci tədris ilinin yaz semestri üzrə təhsil tələbə kreditlərinə müraciət prosesi başlayıb. Müraciətlərin qəbulu semestr sonuna kimi davam edəcək.

Təhsil tələbə kreditləri ali təhsil pilləsinin bakalavriat və magistratura səviyyələrində, orta ixtisas təhsili pilləsində və peşə təhsili pilləsinin yüksək texniki peşə təhsili səviyyəsində əyani və ödənişli əsaslarla təhsil alan tələbələr üçün nəzərdə tutulub.

Daha ətraflı videomaterialı təqdim edirik.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Fevral 2025

22 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR