İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda ehtiyatda olan hərbi vəzifəlilər orduya çağırıldı, Paşinyan ŞƏRT qoydu - Qabil Hüseynli ilə "Canlı"

Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tam formada tanıyır. Erməni mediası xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan parlamentin iclasında deyib.

O bildirib ki, Ermənistan Azərbaycanla sülh müqaviləsinin ən qısa müddətdə imzalanması üçün səmimiyyətlə çalışır:

“Azərbaycanla sülh müqaviləsinin imzalanması üçün beynəlxalq təminatlara ehtiyac var. Sülh sazişinin həyata keçirilməsinə zəmanət verən beynəlxalq mexanizmlərin yaradılması son dərəcə vacibdir. Əks halda, imzalanan gündən bir gün sonra müharibə başlaya və ya yeni eskalasiya baş verə bilər”.
Baş nazirin sözlərinə görə, bölgədə sülhün təmin olunması kommunikasiyaların açılması vacibdir:

“Bu, tərəflərin ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır”.

N.Paşinyan vurğulayıb ki, Azərbaycan birbaşa, yaxud dolayısı ilə enerji və ya logistika lahiyələrin kəsişməsinə çevrilib:

“Bu, onun həm Rusiya, həm də bəzi Qərb ölkələri üçün əhəmiyyətini artıb”.

Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü il üçün hazırlıq planına əsasən, "N" hərbi hissəsində bir qrup hərbi vəzifəlilərin təlim toplanışı keçirilir.
Ehtiyatdan çağırılan hərbi vəzifəlilər toplanış məntəqəsinin qərargahında müvafiq qeydiyyatdan və həkim müayinəsindən keçdikdən sonra hərbi geyim, həmçinin digər təminat növləri ilə təmin olunublar.

Hərbi vəzifəlilərin cəlb olunduğu toplanışın əsas məqsədi onların döyüş vərdişlərini, hərbi ixtisas və təcrübələrini təkmilləşdirməklə yanaşı, ordumuzun arsenalında olan müasir silah və hərbi texnika ilə yaxından tanış etmək, istismar qaydalarını öyrətməkdir.

Nələr gözlənilir? Azərbaycan ordusu nəyə hazırlaşır?

Bu və gündəmdəki digər xəbərləri bu gün saat 13.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində politoloq Qabil Hüseynli ilə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.


Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat


Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/channel/UCtvU8QAYnxFG

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR