İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda bu İcra Hakimiyyətinin Mətbuat xidməti yoxdur - nəyə lazımdır?..

Yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilmiş terror aktının qarşısının alınması zamanı qətiyyətli hərəkətləri ilə gündəmə çevrilən Vasif Tağıyevi daha yaxından tanımaq üçün ondan ən azından açıqlama almaq istədik. Vasif Tağıyevin əslən Şuşadan olmasını nəzərə alaraq, Şuşa Rayon İcra Hakimiyyətinə müraciət etdik.

İlk müraciətimizdə bizə İcra Hakimiyyətinin Mətbuat xidmətinin mövcud olmadığı deyildi. Bildirildi ki, müraciətimizlə bağlı lazım gələrsə, geridönüş ediləcək. 

Geridönüş olmadığından bu gün növbəti dəfə Şuşa Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. “Qaynar xətt”ə cavab verən xanım əməkdaş bildirdi ki, hazırda işdə mediaya cavab verən şəxs yoxdur, ümumiyyətlə, İcra Hakimiyyətinin Mətbuat xidməti mövcud deyil:

“Kiçik bir qurumdur, Mətbuat xidməti nəyə lazımdır?”

Qeyd edək ki, Şuşa Rayon İcra Hakimiyyətinin kollektivi təxminən 1 ay öncə Vasif Tağıyevi ziyarət edib və bu haqda feysbuk hesablarında paylaşım edilib. 

Tağıyev Vasif Natiq oğlu Prezident İlham Əliyevin 3 fevral 2023-cü il tarixli sərəncamına əsasən, 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif olunub.

Musavat.com

WhatsApp Image 2023-03-16 at 16.14.51.jpeg (144 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR