İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda avtomobillər bu şərtlə utilizasiya ediləcək- QƏRAR

Utilizasiyaya verilən avtomobilə görə güzəşt məbləği və birdəfəlik ödənişin həcmi müəyyənləşdiriləcək.

Musavat.com-un xəbərinə görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 iyun tarixli 928-VIQD nömrəli Qanununun tətbiqi və “İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 26 oktyabr tarixli 3 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Fərmanında əksini tapıb.

Fərmanla Nazirlər Kabineti üç ay müddətində "Tullantılar haqqında” qanunun 14-1-ci maddəsinin dördüncü hissəsinə və səkkizinci hissəsinin ikinci cümləsinə, 14-8-ci maddəsinin yeddinci hissəsinə uyğun olaraq, utilizasiya haqqının məbləğini, güzəşt məbləğini və birdəfəlik ödənişin həcmini təsdiqləyəcək.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR