İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycana uçan sərnişin qanunsuz valyuta keçirməyə çalışıb  

 

Domodedovo hava limanında bir qadın qanunsuz olaraq ölkədən 14 milyon rubl çıxarmağa cəhd edib.

Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, gömrükçülər sərnişinlərdən birinin baqajında 14 milyon rubla bərabər məbləğdə bəyan edilməmiş pul aşkar ediblər. Federal Gömrük Xidmətinin məlumatına görə, qadın Azərbaycana uçmağa hazırlaşarkən “yaşıl” dəhlizdə saxlanılıb. Rəsmi olaraq o, yalnız 8,5 min funt sterlinq və 7 min rubl daşıdığını bildirib, lakin sərnişinin baqajına əlavə yoxlama zamanı tamamilə fərqli məbləğ aşkarlanıb.

Məlum olub ki, sərnişinin tikiş dəstləri arasında iki qutuda gizlətdiyi 95 min funt sterlinq, üstəlik, gündəliyin üz qabığında təxminən 10 min, kosmetik çantada isə 7,5 min funt sterlinq olub. Bildirilir ki, sözügedən sərnişin həm də Rusiya və Böyük Britaniya vətəndaşıdır.

Qeyd edək ki, Rusiyadan 10 min dollardan çox valyutanın çıxarılması müvəqqəti qadağandır. Hazırda külli miqdarda pul qaçaqmalçılığı maddəsi ilə cinayət işinin başlanması məsələsi həll edilir. Bu, dörd ilə qədər azadlığın məhdudlaşdırılması ilə nəticələnə bilər.

 

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR