Onlayn ictimai-siyasi qəzet
Azərbaycan vətəndaşları bu Mərakeşə vizasız gedəcək.
Musavat.com Trend-ə istinadən xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında "Azərbaycan Respublikası Hökuməti ilə Mərakeş Krallığı Hökuməti arasında ümumvətəndaş pasportlarının sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə çıxarılıb.
Deputatlar qanun layihəsinin iki ölkə arasında əlaqələrin inkişafına töhfə verəcəyini bildirib.
Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq qəbul edilib.
06 Yanvar 2025
05 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ