İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan terrorçuluğa qalib gəlib, Qərb isə... - ŞƏRH

“ABŞ, Qərb Cənubi Qafqazda gedən proseslərdə öz məqsədlərini güdür. Ən başlıca məqsəd isə Rusiyanı sıxışdırıb çıxarmaqdır. Əlbəttə ki, Rusiyanın 200 il ərzində öz geosiyasi maraqları olub və hazırda da bu maraqları təmin etmək niyyətindədir”.

Bu fikirləri Musavat.com-a politoloq İlyas Hüseynov deyib.

ilyas.jpg (91 KB)

O qeyd edib ki, Qərb və Rusiya arasında mübarizə bizim regionda daha çox siyasi və diplomatik müstəvidə təzahür edir:

“Sentyabrın 20-də həyata keçirilmiş antiterror tədbirləri suverenliyimizin, ərazi bütövlüyümüzün, konstitusion quruluşumuzun bütün ölkə ərazisində təmin olunması ilə nəticələndi. Qeyri-legitim, qeyri-hüquqi heç bir addım atılmayıb. Əksinə, Azərbaycan terrorçuluğa qalib gəlib, beynəlxalq sülhə töhfə verib. Azərbaycan yalnız terrorçu qruplaşmaların və dəstələrin zərərsizləşdirilməsini həyata keçirib. Antiterror tədbirləri zamanı heç bir mülki infrastruktur dağıdılmayıb, heç bir dinc şəxsə zərər yetirilməyib. Bu da antiterror tədbirlərinin yüksək səviyyədə keçirilməsinin nəticəsidir”.

ANTİTERROR SON.jpg (60 KB)

Politoloq antiterror tədbirlərinin geosiyasi nəticələrinə diqqət çəkərək bildirib ki, bu tədbirlər yekun beynəlxalq hüququn fundamental norma və prinsiplərinə əsaslanır:

“Qərb beynəlxalq hüququ müdafiə edirsə, dünyada demokratiya və insan haqlarının carçısıdırsa, Azərbaycan bu yanaşmanı dəstəkləyir. Diplomatik müstəvidə həyata keçirilən mübarizəni heç bir vəchlə Azərbaycanın yaratdığı yeni reallıqlarla əlaqələndirmək olmaz. Azərbaycanın bütün addımları beynəlxalq hüquqdan irəli gələn norma və prinsiplər əsasında həyata keçirilir, bundan sonra da belə olacaq. Qarabağ iqtisadi rayonunda yaşayan ermənilərlə bağlı reinteqrasiya prosesi artıq həyata keçirilməkdədir. Azərbaycan birgəyaşayış, dayanıqlı sülhün təmin olunmasında maraqlıdır”.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR