İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan təmsilçisi Avropa İdman Mətbuatı İttifaqının İcraiyyə Komitəsinə üzv seçilib

İtaliyanın paytaxtı Romada Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AIPS) 84-cü konqresi başlayıb.

"Report" xəbər verir ki, konqresdə Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) nümayəndə heyəti də iştirak edir.

Bu gün qurumun aparıcı qitə təşkilatı - Avropa İdman Mətbuatı İttifaqının (AIPS Europe/UEPS) İcraiyyə Komitəsinə seçkilər olub.
Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının birinci vitse-prezidenti Nərgiz Mahmudzadə səs çoxluğu ilə Avropa İdman Mətbuatı İttifaqının (AIPS Europe/UEPS) İcraiyyə Komitəsinə üzv seçilib.

Səsvermədə iştirak edən 39 Avropa ölkəsindən 31-i Nərgiz Mahmudzadəyə səs verib.

Konqres oktyabrın 6-na kimi davam edəcək.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR