Onlayn ictimai-siyasi qəzet
Azərbaycanın 16 yaşadək qızlardan ibarət basketbol millisi Avropa çempionu olub.
"Report"un məlumatına görə, yığma tarixi nailiyyətə Andorrada təşkil edilən yarışda imza atıb.
Qızlar "C" divizionunun final oyununda yerli komanda ilə qarşılaşıblar.
Andorranı 57:45 hesabı ilə məğlub edən Azərbaycanın U-16 komandası heç bir görüşdə uduzmadan qitə çempionluğunu qazanıb.
24 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ