Onlayn ictimai-siyasi qəzet
Azərbaycan “Port of Baku” badminton komandası İspaniyanın Ovyedo şəhərində keçirilən Klublararası Avropa çempionatında bürünc medal qazanaraq, tarixi ilkə imza atıb.
Azərbaycan Badminton Federasiyasından (ABF) verilən məlumata görə, Aqil Qəbilov, Nərmin Hüseynova, Həcər Nuriyeva, Era Maftuha, Məhəmməd Kadafi və Diki Pangestudan ibarət komanda qrup mərhələsində “Rekriativo” (İspaniya) və “Balozi” (Latviya) klubları ilə qarşılaşıb.
İlk görüşündə İspaniya təmsilçisinə 1:4 hesabı ilə uduzan “Port of Baku” ikinci görüşdə Latviya klubuna eyni hesabla (4:1) qalib gələrək, Klublararası Avropa çempionatında 1/4 finala yüksəlib. Bu mərhələdə Portuqaliyanın “Lagoense” klubu ilə qarşılaşan “Port of Baku” 5 setin yekununda 3:2 hesablı qələbə qazanaraq, yarımfinala yüksəlməklə bürünc medalı təmin edib.
Azərbaycan təmsilçisi debüt mövsümündə finalın bir addımlığında Klublararası Avropa çempionatının qalibi İtaliyanın “Matex Marabadminton” klubuna 0:3 hesabı ilə uduzub.
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ