"Onu efirə çağıranın başı işləsəydi..." - Xalq artisti aparıcını aşağıladı- VİDEO
Bir neçə gün öncə "Rəngarəng" verilişinin qonağı olan gənc ifaçı Zəhra Muradovanın efirdə canlı ifası ciddi müzakirələrə səbəb olub. Belə ki, çıxışı gözlənilən səviyyədə olmadığından, aparıcı onun ifasını yarımçıq dayandırıb.
Hadisədən sonra müğənni Sevinc Sarıyeva tələbəsi Zəhra Muradova haqqında sərt açıqlamalar verib.
"Mənim yanıma gəlirdi. Hələ tələbəm demirəm, çünki yanımda bir ayı belə tamam olmayıb. Yaxşı, çalışqan qızdır, dedim ki, maşallah, oxuyacaq. Amma baxıram, çıxıb Zaurun efirinə. O dəqiqə efirə zəng vurdum. Mən ona irad tutdum. Gözəl qızdır, efirə yaraşır. Ancaq gözəllik o demək deyil ki, çıxıb oxumalısan. Əvvəl bir müddət hazırlıq keçməli, sonra efirə çıxmalı idi. Belə olmaz", - deyə müğənni bildirib.
Məsələ ilə bağlı "Rəngarəng" verilişinin digər qonağı, xalq artisti Zabit Nəbizadə Bakupost.az -a açıqlamasında bildirib ki, ifaçıda günah görmür:
“Mən o uşağı qınamıram. Ağır, çətin sənətdir. Həyəcandan da ola bilər. Onun hərəkətləri sənətindən super idi, 20 ilin oxuyanı oxuyanda o hərəkətləri, o ritmi tuta bilmir. Daxili ritmi var bu adamın, amma tonallığı bilmir, oxuyan deyil. Əslində səsi var, amma oxumaq asan bir şey deyil. Mən Zaura elə orada dedim ki, sən niyə bu uşağı belə sındırırsan? Canlı oxumaq lazımdırsa, çağır, tələbələrim gəlib oxusun. Onlar hər gün dərsdədir. Məktəb almaq başqa şeydir. Mən vallah onda günah görmürəm. Onu o səpgiyə yönəldəni qınayıram ki, hazırlaşdır, sonra burax efirə. Sevinc Sarıyeva zəng vurub efirə dedi ki, məndən icazə almayıb gedib. İndi dedi də, o da sığortalayırdı. Səndən niyə icazə almalıdır, valideyni deyilsən. Pulu var, verib çıxıb da, yəqin. Fikrimcə, onu efirə çağıran adamın başı düzgün işləsəydi, mənim yanıma çağırmazdı. Özü də mənə demişdilər ki, sənə layiq sənətçilər çağırılacaq. Mən özüm orada dillənmədim. Mənim yerimə kim olsaydı, bəlkə də çıxıb gedərdi ki, bunlar kimdir ki, mənimlə efirə çağırmısan? Zauru çəkib qırağa dedim ki, sənə lazım idi bu? Öz efirini gözdən salırsan”.
ŞƏRHLƏRŞƏRH YAZ