İnsanlara hürriyət, millətlərə istiqlal!

"The Wall Street Journal": Rusiya NATO sərhədində yeni ordu yaradır

Rusiya NATO ilə sərhəddə yeni ordu formalaşdırmağa başlayıb.

Musavat.com xəbər verir ki, "The Wall Street Journal"ın məlumatına görə, Rusiyanın Petrozavodsk şəhərində — Finlandiya sərhədindən cəmi 160 kilometr məsafədə — yeni ordu komandanlığının qurulması üçün hərbi bazalar genişləndirilir.

Bildirilir ki, bu komandanlıq yaxın bir neçə il ərzində on minlərlə hərbçiyə rəhbərlik edəcək.

Qərb kəşfiyyat mənbələri bu qüvvələrin NATO ilə müharibəyə hazırlıq məqsədi daşıdığını hesab edir.

Məlumata görə, Rusiya bölgədə yeni anbarlar və hərbçilər üçün yaşayış kompleksləri tikir, həmçinin Estoniya, Finlandiya və Norveç sərhədləri boyunca yeni dəmir yolu infrastrukturunun çəkilişinə və mövcud xətlərin genişləndirilməsinə başlayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR