İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyaya rəğbət bəsləyən yazıçını Almaniyada qayıqda güllələyiblər

Yazıçı Aleksandra Frolix Hamburqda qayıqda öldürülmüş vəziyyətdə tapılıb. Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Hamburq polisi alman əsilli yazıçının qətli ilə bağlı araşdırmalara başlayıb.

58 yaşlı yazıçı aprelin 22-də öldürülmüş vəziyyətdə oğlu tərəfindən tapılıb. O, meyidi çayın sahilində bağlanmış qayıqda tapıb.

Polis qadının güllələndiyini və qətl silahının çaya atılmış ola biləcəyini bildirib. Qətlin motivləri bəlli deyil.

Frolix karyerasına qadın jurnalının redaktoru olduğu Ukraynada jurnalist kimi başlayıb. Daha sonra o, Almaniyada jurnalist kimi çalışıb və 2012-ci ildə ilk romanı “Mənim rus qayınanam və digər fəlakətlər”i nəşr etdirib.

Müəllifin öz təcrübələrinə əsaslanan roman 50.000-dən çox nüsxə satılıb və “ Spiegel” əsəri bestseller siyahısına daxil edib.

Frolix həm də ruslarla dostluq haqqında başqa bir kitabın ,“Ruslarla səyahət”in müəllifi idi.

Yazıçının üç övladı qalıb.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR