İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail yardımı göndərir, HƏMAS talan edir: Qəzza böhranı dərinləşir

İsrail hakimiyyəti Qəzza zolağına humanitar yardımın bərpası imkanını müzakirə edir.

Musavat.com xəbər verir ki, "The Wall Street Journal"ın (WSJ) məlumatına görə, ərzaq və dərman ehtiyatlarının sürətlə tükəndiyi bölgəyə yardım göndərilməsi ilə bağlı qərar yaxın bir neçə həftə ərzində verilə bilər.

Xatırladaq ki, bu məsələ Qəzzaya tədarükün qadağan edilməsindən təxminən bir ay yarım sonra gündəmə gətirilib.

Lakin İsrail tərəfi yardımların hansı formatda çatdırılacağını hələ tam müəyyən etməyib. Əsas problem radikal HƏMAS təşkilatının bu yardımlardan öz maraqları üçün istifadə edəcəyi ehtimalıdır. İsrail dəfələrlə HƏMAS-ı humanitar yardımları qara bazarda sataraq əldə edilən gəlirlərlə hərbi əməliyyatlarını maliyyələşdirməkdə ittiham edib. HƏMAS isə bu iddiaları rədd edir.

İsrail hökumətinin sağçı qanadından olan bir sıra nümayəndələr humanitar yardımların bölgəyə birbaşa İsrail tərəfindən paylanmasını təklif edirlər. Onların fikrincə, bu addım İsrailin Qəzza üzərində nəzarətini gücləndirə bilər.

Alternativ variant olaraq, Qəzzanın cənubunda İsrail nəzarətində olan xüsusi humanitar zona yaradılması və yardımların əsasən ABŞ-dan olan beynəlxalq təşkilatlar tərəfindən bölüşdürülməsi nəzərdən keçirilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR