İnsanlara hürriyət, millətlərə istiqlal!

Ayaz Mütəllibov son anında nədən danışıb? - Köməkçisindən ilginc açıqlamalar

"Mərhum Ayaz Mütəllibovla təxminən 20 ildən çox  münasibətimiz var idi. Bildiyiniz kimi 2017-ci ildən mətbuatla bağlı köməkçisi işləyirəm. O, çox gözəl, dəyərli, ziyalı, kübar, müdrik, humanist bir insan idi. Heç vaxt qarşıdurma tərəfdarı olmayıb. Həmişə istəyirdi ki, bütün məsələlər sülh yolu ilə həll olunsun".

Bu sözləri eks-prezident Ayaz Mütəllibovun köməkçisi Qulu Həsənoğlu Musavat.com-a açıqlamasında deyib. Köməkçisi mərhumun son günlərdəki vəziyyətindən də söz açıb: "Ömür-gün yoldaşı vəfat etdikdən sonra oğlunun ailəsi ilə yaşayırdı. Son anlarında da oğlu başının üstündə olub, söhbətləşib, vidalaşıblar.

Bir ara mətbutada şayiələr yayılmışdı ki, guya xəstəliyi ilə əlaqədar nitqi tutulub. Bu tamamilə yanlış məlumat idi. Mərhum son anına qədər ünsiyyətdə olub, danışıb. Son anlarında da yalnız Azərbaycanın firavanlığını arzulayırdı.

Şuşa alınanda çox sevinmişdi. Hətta öz təqaüdündən yardım etmişdi.

Bir sözlə, çox gözəl insan idi. Mən bu illər ərzində ondan çox şey öyrəndim, ən əsası da səbr etməyi...
Bir müddət əvvəl ölkə Prezidentinin, dövlətin nəzarəti altında xəstəxanada əməliyyat olunub, müalicə almışdı".

Xalidə Gəray
Elçin Əkbərov
Musavat.com

39d4f66b-3588-499c-8cfe-024a388e1316.jpg (74 KB)

ed10d0c3-8dd9-44c6-96f3-e4dc5455b91f.jpg (59 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR