Onlayn ictimai-siyasi qəzet
Gəncədə məktəbli oğlan qəfil vəfat edib.
Musavat.com-un "Qafqazinfo"ya istinadən məlumatına görə, şəhər sakini, 2011-ci il təvəllüdlü R.Rəhimli bu gün səhər saatlarında məktəbə gedərkən avtobusda halı pisləşib. Uşaq xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Azyaşlının anadangəlmə ürək çatışmazlığı olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
28 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ