İnsanlara hürriyət, millətlərə istiqlal!

Avstraliya köhnə təyyarələrini Ukraynaya verir

Avstraliya hakimiyyəti ABŞ istehsalı olan 41 ədəd “McDonnell Douglas F/A-18 Hornet” qırıcısının Kiyevə verilməsilə bağlı Ukrayna ilə danışıqlar aparır. Onlar Avstraliya ordusu tərəfindən istismardan çıxarılıb və anbarlarda saxlanılır.

Musavat.com xəbər verir ki, bu barədə “Financial Review” qəzeti məlumat yayıb.

Məlumata əsasən, təyyarələrin bir hissəsi ehtiyat hissələri üçün istifadə oluna bilər.

“Hornet”lər - dördüncü nəsil qırıcı təyyarələr sayılır. Onlardan hələ də ABŞ, İspaniya, Kanada, İsveçrə, Finlandiya, Malayziya və Küveyt silahlı qüvvələrində istifadə olunur. Bu təyyarələr bir sıra hərbi münaqişələrdə, o cümlədən “Səhra Fırtınası” əməliyyatında, İraq savaşında, Əfqanıstanda və Serbiyada, Liviya və Suriyanın bombalanmasında tətbiq edilib.

“Financial Review”nun məlumatına görə, danışıqlar uğurlu alınsa, təyyarələr 4 aydan sonra tam hazır vəziyyətə gətirilə bilər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR