İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropaya keçmək istəyən əcnəbilər Qazaxıstanda saxlanılıb

Qazaxıstan sərhədində Avropa İttifaql ölkələrinə qanunsuz daxil olmağa cəhd edən bir qrup əcnəbi saxlanılıb.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın müvafiq dövlət strukturu məlumat yayıb.

“2023-cü il avqustun 11-də MTN-nin Sərhəd Xidmətinin Qərbi Qazaxıstan vilayəti üzrə idarəsinin hərbçiləri 9 əcnəbinin müəyyən edilmiş buraxılış məntəqələrindən yan ötərək dövlət sərhədini qanunsuz keçmə cəhdinin qarşısını alıblar. İlkin məlumata görə, onlar Avropa İttifaqı ölkələrinə keçmək istəyirmişlər”, - deyə SX-nin məlumatında bildirilir.

Avqustun 17-də Qərbi Qazaxıstan vilayətinin Burlinski rayon məhkəməsi qanun pozucularını İnzibati Xətalar Məcəlləsinin 514-cü maddəsinin 2-ci hissəsinə əsasən məsuliyyətə cəlb edib.

Qeyd olunur ki, 2023-cü ilin əvvəlindən bəri dövlət sərhədinin keçmə qaydasını pozan 110 əcnəbi saxlanılıb.

“Avropalı” olmaq istəyən sərhəd pozucularının hansı ölkənin vətəndaşları olduqları qeyd olunmur, ancaq onlar adətən Pakistan və Əfqanıstan vətəndaşları olurlar.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR