Onlayn ictimai-siyasi qəzet
Avropada ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Ukrayna ilə bağlı radikal dəyişikliyə getməyəcəyi ilə bağlı ümid yaranıb.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu gözləntilər Trampın komandasının üzvləri ilə avropalı siyasətçilərin şəxsi görüşündən sonra formalaşıb.
Xüsusilə Bloomberg agenltiyinin yazdığına əsasən müzakirələr son dövrlərdə daha da sıxlaşıb. Lakin TRampın müşavirləri gələcək prezidentin son anda mövqeyini dəyişmək kimi xasiyyətinin olduğunu bildirirlər.
Gələn informasiyalara əsasən Trumpın adamları avropalıların iki arqumentinə diqqətlə yanaşırlar.
Birincisi, ABŞ-ın yeni lideri Kiyevə dəstəyindən əl çəkərsə, bu ABŞ qoşunlarının Əfqanıstandan çıxması ilə bağlı yaranan rüsvayçı vəziyyəti xatırladacaq. İkincisi, Rusiyanın qələbəsi Çini daha aqressiv siyasətə sövq edə bilər.
Musavat.com
27 Aprel 2025
26 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ