Onlayn ictimai-siyasi qəzet
Almaniyanın “Der Speigel” nəşri yazıb ki, bu il təhlükəsizlik xidmətləri İran hökumətinin təşkilatçılığı ilə Avropada yəhudiləri və İsraillə əlaqəli biznes fəaliyyətlərini hədəfə alan bir sıra terror aktlarının qarşısını alıblar.
Musavat.com “Azad İran”a istinadən xəbər verir ki, Tehran Almaniyadakı yəhudi və İsrail hədəflərini izləmək üçün cinayət şəbəkəsini cəlb edib.
Eyni zamanda, 2023-cü ilin sonunda Fransanın cənubunda İsrail şirkətlərini yandırmaq üçün silsilə hücumlar planlaşdırıb.
Qeyd olunub ki, qrup üzvlərindən biri Fransada israilli müştəriləri təmsil edən vəkili izləyib, bundan sonra o, həbs edilib.
Musavat.com
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ