İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa Parlamentində yeni KORRUPSİYA QALMAQALI

Belçika polisi Avropa Parlamentinə 2019-cu il seçkilərində korrupsiya faktları ilə bağlı araşdırma çərçivəsində xüsusi əməliyyat keçirib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, polis AB-nin ən böyük millətüstü partiyası sayılan Avropa Xalq Partiyasının Brüsseldəki qərargahına basqın edib.

EurActiv portalının məlumatına əsasən, reyd partiyanın Rü dü Kommers küçəsindəki qərargahının birinci və üçüncü mərtəbələrində keçirilir. İlkin məlumata görə, polis kompüterlərə əl qoyub. Təhqiqat Avropa Komissiyasının sədri Ursula fon der Layenə də təsir edə bilər. Çünki Avropa Xalq Partiyasının rəqəmsal kampaniyasının aparılmasına cavabdeh olan şəxs alman deputat Mario Voytdur. O, Angela Merkel və Ursula fon der Layenin üzv olduğu Xristian-Demokrat İttifaqının Türingiya əyalətindəki təşkilatının lideridir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR