Onlayn ictimai-siyasi qəzet
Baku TV-nin bugünkü canlı efirinin qonağı "Yeni Müsavat" Media Qrupunun rəhbəri Rauf Arifoğlu və politoloq Əlimusa İbrahimov olub.
Musavat.com xəbər verir ki, Turan İbrahimovun moderatorluğu ilə yayımlanan "Baku Analitik" verilişində Avropa ölkələrinin liderləri, NATO və Avropa İttifaqının yüksək səviyyəli nümayəndələrinin Ukrayna üzrə keçirdiyi sammit müzakirə olunub.
Qeyd edək ki, sammit Böyük Britaniyanın paytaxtı Londonda, şəhərin mərkəzində yerləşən Lankaster-haus iqamətgahında baş tutub. Birləşmiş Krallığın baş naziri Kir Starmerin təşkil etdiyi toplantıda 18 ölkə və birliklərin nümayəndələri iştirak edib. Sammitə Almaniya, Danimarka, İspaniya, İtaliya, Kanada, Niderland, Norveç, Polşa, Rumıniya, Finlandiya, Fransa, Çexiya, İsveç liderləri, habelə Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen, Avropa Şurasının sədri Antoniu Koşta, NATO-nun baş katibi Mark Rütte və Ukrayna prezidenti Volodimir Zelenski qatılıb. Türkiyəni görüşdə xarici işlər naziri Hakan Fidan təmsil edib. Tədbir iştirakçıları arasında Ukraynanın Londondakı səfiri Valeri Zalujnı da görünüb.
Musavat.com verilişi təqdim edir:
Musavat.com
04 Mart 2025
03 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ