İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp müsəlmanları təbrik etdi

ABŞ Prezidenti Donald Tramp müsəlman dünyasını Ramazan ayının başlanması münasibətilə təbrik edib. O, Ramazanın sülh, mərhəmət və mənəvi yenilənmə ayı olduğunu vurğulayaraq, müsəlman icmalarına ən xoş arzularını çatdırıb.

Musavat.com xəbər verir ki, Tramp təbrikində dini azadlıqların Amerika dəyərlərinin əsas prinsiplərindən biri olduğunu qeyd edib:

"Sizi mübarək Ramazan ayının gəlişi münasibətilə səmimi qəlbdən təbrik edirəm. Dini azadlıqlar Amerika həyat tərzinin ayrılmaz hissəsidir. Biz dinc gələcək qurmaq və hər bir insanın ləyaqətini qorumaq öhdəliyimizi vurğulayırıq."

O, həmçinin, Ramazanın insanları bir-birinə daha da yaxınlaşdıran müqəddəs bir ay olduğunu bildirərək, bu dövrdə xeyirxahlıq və yardımlaşma ruhunun daha da güclənəcəyinə inandığını qeyd edib.

"Allah bu gözəl günlərdə sizə və ailələrinizə xeyir-dua versin," - deyə Tramp fikrini yekunlaşdırıb.

ABŞ Prezidenti Ramazan ayının sülh və həmrəylik gətirəcəyinə ümid etdiyini bildirərək, müsəlman icmalarına firavanlıq və xoşbəxtlik arzulayıb. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Mart 2025

03 Mart 2025

BÜTÜN XƏBƏRLƏR