İnsanlara hürriyət, millətlərə istiqlal!

Şəhidin ailəsində faciə: ata və anası dəm qazının qurbanı oldu

44 günlük Vətən müharibəsi şəhidi Vahid Ağayevin hər iki valideyni dəm qazından vəfat edib.

Musavat.com xəbər verir ki, məlumatı şəhid mayor Vüsal Əliyevin qardaşı Elyar İsmayıloğlu paylaşıb.

Xatırladaq ki, Vahid Ağayev 1996-cı ilin sentyabrın 14-ündə Bakı şəhəri, Maştağa qəsəbəsində anadan olub. Ailədə öz əkiz qardaşı ilə birlikdə iki uşaq olublar. 2003-cü ildə Maştağadakı C.Cabbarlı adına orta məktəbdə təhsil almağa başlayıb. 2014-cü ildə C.Cabbarlı adına 187 saylı məktəbi bitirib. 2020-ci ilin sentyabrın 29-da səfərbərlik yolu ilə II Qarabağ müharibəsinə yollanıb. Xocavənd, Füzuli, Cəbrayıl və Şuşada döyüşüb. 2020-ci il noyabrın 11-də Şuşada şəhid olub. 17 noyabr 2020-də Maştağadakı Şəhidlər Xiyabanında dəfn olunub.

Ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, "Şuşanın azad olunmasına görə" medalı ilə təltif olunub.

Vahid Ağayev subay idi. Onun ailəsindən yalnız sağlamlıq imkanları məhdud qardaşı sağ qalıb.

 

Musavat.com

photo_2025-03-04_00-01-25.jpg (30 KB)

e8bd497c-534b-499b-8fd8-839f2cf43d95.jpg (14 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Mart 2025

03 Mart 2025

BÜTÜN XƏBƏRLƏR