İnsanlara hürriyət, millətlərə istiqlal!

600 manatlıq qızıl hədiyyəni “dilənçi payı” adlandıran direktor işdən qovuldu

Bakı şəhəri 231 nömrəli tam orta məktəb direktorunun müəllimlərə qarşı davranışı və səs yazısı ilə bağlı araşdırma aparılıb. Araşdırma nəticəsində fəaliyyətində yol verdiyi nöqsanlara görə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə təhsil müəsissəsinin direktoru vəzifəsindən azad edilib.

Musavat.com bildirir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Zenfira Sevdimalı bildirib.

"Təhsil müəssisələrində hər hansı neqativ halların baş verməsi yolverilməzdir", deyə Zenfira Sevdimalı
qeyd edib.

Xatırladaq ki, Bakının Pirallahı rayonu, Gürgən qəsəbəsi 231 nömrəli tam orta məktəbin direktoru Lamiyə İlhamsoyun səs yazısı yayılmışdı. Səs yazısında direktor ona məktəbin müəllimləri tərəfindən ad günündə alınan 600 manatlıq qızıl hədiyyəni “dilənçi payı” adlandırır və özünə yaraşdırmadığını bildirir. Səsyazısında onun həmçinin digərlərini təhqir etdiyi müşahidə olunur.

 

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Mart 2025

03 Mart 2025

BÜTÜN XƏBƏRLƏR