Onlayn ictimai-siyasi qəzet
Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, Ukraynaya həqiqi sülh lazımdır.
Musavat.com-un məlumatına görə Zelenski fikrinin davamında qeyd edib ki, bu səbəbdən Kiyev diplomatiyanı daha məzmunlu və müharibənin tezliklə başa çatmasına yönəltməyə çalışır.
"Ukraynalılar bunu hər şeydən çox istəyirlər, çünki müharibə şəhərlərimizi və kəndlərimizi dağıdır, insanlarımızı itiririk. Müharibəni dayandırmalı və təhlükəsizliyi təmin etməliyik. Amerika və Avropa tərəfdaşlarımızla birlikdə çalışırıq və Amerikadan sülhə gedən yolda dəstək gözləyirik", — deyə Zelenski vurğulayıb.
Musavat.com
27 Aprel 2025
26 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ