İnsanlara hürriyət, millətlərə istiqlal!

Barcelonada iki avtobus toqquşdu: 51 yaralı

Barcelona şəhərində iki avtobusun toqquşmasında 51 nəfər yaralanıb, dördü ağır vəziyyətdədir

Musavat.com xəbər verir ki, martın 3-də, Barselonanın Diagonal prospekti 361 ünvanda iki avtobusun toqquşması nəticəsində 51 nəfər yaralanıb, dördü ağır vəziyyətdə xəstəxanaya aparılıb. Ağır vəziyyətdə olanlardan biri avtobusda oturarkən, iki nəfəri avtobusa minərkən (onlardan biri azyaşlı idi) yaralanıb və dördüncüsü isə piyadadır, avtobus piyadanı vurub və üstünə küçə işıqlandırma dirəyi düşüb.

İlkin məlumatlara görə, hadisə zamanı birinci avtobus turistləri endirmək və mindirmək üçün dayanıb, digər avtobus isə dayanmayaraq arxadan toqquşub. İkinci avtobusda təxminən 50 nəfərdən ibarət italyan tələbə və müəllim heyəti olub. Onlar Lloret de Mar şəhərinə tətilə gəliblər və günü Barselonada keçirmək istəyiblər.

Yaralılar Hospital Clínic, Hospital de Sant Pau və Hospital del Mar xəstəxanalarına aparılıb. Səlahiyyətlilər hadisə yerində avtobusları götürüb və Diagonal prospektinin bir hissəsini təmizləyərək, şəhərin əsas yollardan birində hərəkəti bərpa etməyə çalışırlar.

Barselonanın Səhiyyə Təşkilatının rəhbəri Clara Canela, mətbuata verdiyi açıqlamada, xəstəxanalara aparılanların vəziyyəti ilə bağlı heç bir məlumat olmadığını, lakin dörd ağır yaralı ilə bağlı narahat olduqlarını bildirib. Təxirəsalınmaz yardım komandası hadisə yerinə 19 təcili tibbi yardım avtomobili və 4 psixoloq göndərib. 

Mənbə: https://cadenaser.com/cataluna/2025/03/03/decenas-de-heridos-tras-chocar-dos-autobuses-en-plena-diagonal-de-barcelona-sercat/

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Mart 2025

03 Mart 2025

BÜTÜN XƏBƏRLƏR