İnsanlara hürriyət, millətlərə istiqlal!

Litvanın Azərbaycandakı səfiri Hikmət Hacıyevlə görüşüb

Litvanın Azərbaycan və Türkmənistandakı səfiri Keştutis Vaskaleveçius Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüş keçirib.

Musavat.com xəbər verir ki, bu barədə diplomat özü “X” sosial şəbəkəsində məlumat paylaşıb.

Görüşdə Azərbaycan və Litva arasında ikitərəfli əlaqələrin genişləndirilməsi, strateji prioritetlər və regiondakı geosiyasi vəziyyət müzakirə olunub. Tərəflər qarşılıqlı əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparıblar.

Litva-Azərbaycan münasibətləri son illərdə iqtisadi, siyasi və enerji sahələrində güclənməkdə davam edir. Bu görüş də iki ölkə arasında əməkdaşlığın dərinləşməsinə töhfə vermək məqsədi daşıyır. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Mart 2025

03 Mart 2025

BÜTÜN XƏBƏRLƏR