Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp Avropa ölkələrini Ukraynanın müdafiəsinə kifayət qədər vəsait ayırmamaqda və əvəzində Rusiya enerjisinə daha çox pul xərcləməkdə ittiham edib.
“Avropa Rusiya neft və qazına Ukraynanın müdafiəsindən daha çox pul xərcləyib”.
Musavat.com xəbər verir ki, bu barədə Tramp öz sosial media hesabında yazıb.
Musavat.com bildirir ki, "The Times"ın yazdığına görə, Trampın bu açıqlaması Enerji və Təmiz Hava Tədqiqatları Mərkəzinin (CREA) ötən həftə dərc etdiyi hesabatına əsaslanır. Hesabata görə, Avropa İttifaqı ölkələri 2024-cü ilin üçüncü ilində Rusiyadan 21,9 milyard avro dəyərində fosil yanacaq alıb. Halbuki Avropa eyni dövrdə Ukraynaya cəmi 18,7 milyard avro maliyyə yardımı ayırıb.
Trampın bu açıqlaması Qərb ölkələrinin Ukraynaya dəstəyi və Rusiyaya qarşı tətbiq edilən sanksiyalar fonunda Avropanın enerji siyasətinə dair yeni müzakirələrə səbəb olub.
Mənbə: Trampın sosial media hesabı
Musavat.com
04 Mart 2025
03 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ