Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi, ad gününə alınan hədiyyəni bəyənmədiyi üçün müəllimləri təhqir edən Bakının Pirallahı rayonu, Gürgən qəsəbəsi, 231 nömrəli tam orta məktəbin direktoru Lamiyə İlhamsoy vəzifəsindən azad edilib.
Musavat.com axar.az-a istinadən xəbər verir ki, 1984-cü il təvəllüdlü Lamiyə İlhamsoy 2005-ci ildə Azərbaycan Beynəlxalq Universitetininin Filologiya (ingilis dili) fakültəsini bitirib. 2005-2022-ci illərdə Nizami rayonu 277 nömrəli tam orta məktəbdə ingilis dili müəllimi vəzifəsində çalışıb.
2009-cu il tarixindən Yeni Azərbaycan Partiyasının üzvüdür.
L.İlhamsoy 2021-ci ildə YÜKSƏLİŞ müsabiqəsində, 2022-ci ildə "Məktəb liderliyi" proqramının təlimlərində iştirak etməsini avtobioqrafiyasına daxil edib.
Ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu üzrə müsabiqədə uğur qazanaraq 2022-ci il tarixindən Bakı şəhəri Pirallahı rayonu N.S.Teymurov adına 231 nömrəli tam orta məktəbə direktor vəzifəsinə təyin olunmuşdu.
04 Mart 2025
03 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ