İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa Məhkəməsində anti-Azərbaycan qərarların sirri - hakimlər Sorosun adamları çıxdı

Hakimlərin Sorosla əlaqəsini sübut edən araşdırma Avropa İnsan Haqları Məhkəməsinin etibarını sarsıdıb

Avropa İnsan Haqları Məhkəməsinin ötən il qəbul etdiyi qərarlara əsasən, Azərbaycan ümumilikdə 2 milyon avro məbləğində təzminat ödəməlidir. 1949-cu ildə yaradılmış Avropa Şurasına Azərbaycan 2001-ci ildə üzv olub və 2002-ci ildən Avropa Məhkəməsinin yurisdiksiyası altındadır. Minval.az saytı  Azərbaycan üzrə göstəricilərin təhlili haqda yazır ki, bu qərarlar əksər hallarda subyektiv xarakter daşıyır.

Buna misal olaraq Avropa Hüquq və Ədalət Mərkəzinin 2019-cu ildə AİHM-in fəaliyyətinin təhlili əsasında apardığı araşdırmanı göstərmək olar. Həmçinin Strasburqda yerləşən mərkəzin araşdırması AİHM hakimləri arasında Corc Soros tərəfindən maliyyələşdirilən QHT-lərlə sistematik maraqların toqquşmasını aşkar edib. Tədqiqat göstərir ki, bu əlaqələr heç bir qeyri-rəsmi əməkdaşlıq formalarını və ya təsadüfi əlaqələri nəzərdə tutmur, əksinə, dərin əlaqələrdir və bu, xüsusi qeyd olunur.

88 iş üzrə hakimlər əvvəllər işlədikləri qeyri-hökumət təşkilatları tərəfindən verilmiş ərizələr üzrə şübhəli müsbət qərarlar çıxarıblar. Halbuki AİHM-in prosedur qaydaları belə hallarda hakimlərdən maraqların toqquşmasını elan etmələrini və özündən imtina barədə qərar vermələrini tələb edir.

2018-ci ildə AİHM tərəfindən müsbət qərarların qəbul edildiyi işlərdə kommunikasiya rolunu oynayan 14 QHT-dən 10-u Açıq Cəmiyyət tərəfindən maliyyələşdirilib. Bu işlərə baxan 17 hakimdən altısı Sorosun maliyyələşdirdiyi eyni qrupa bağlı olub.

Soros şəbəkəsinin AİHM-ə demarşı 2012-ci ildən sonra başlayıb, çünki həmin ildən tətbiq edilən yeni prosedurlar xüsusi olaraq AİHM-də hakimlərin seçilməsi prosesində QHT-lərin iştirakını nəzərdə tuturdu.

Bu, QHT-lərə öz namizədlərini irəli sürmək və onların seçilməsi üçün lobbiçilik etmək imkanı yaratdı. Yeni prosedurlara əsasən, AİHM-in hakimi vəzifəsinə təyin edilmiş şəxslər üçün məcburi hakimlik stajı tələbi ləğv edilib. Nəticədə, 2009-cu ildən bəri AİHM-də işləyən 100 hakimdən təxminən 51-i əvvəllər heç hakim, hətta hakim köməkçisi kimi də işləməyib. Onlar əsasən Sorosun hüquq müdafiəçisi və ya onun tərəfdarı olan şirkətlərdə çalışıblar. Bir sözlə, AİHM hakimlərinin Sorosla əlaqəsini sübut edən bu araşdırma Avropa İnsan Haqları Məhkəməsinin Avropanın özündə etibarını sarsıtdı.

Azərbaycan və Türkiyə əleyhinə verilən qərarların əksəriyyəti məhz bu şəbəkənin olması ilə izah olunur.

AİHM-lə bağlı vəziyyət Soros şəbəkəsinin bütöv bir qurumu necə ələ keçirməsinin nümunəsidir və bu üsul təkcə Avropa Məhkəməsində deyil, bu şəbəkənin fəaliyyət göstərdiyi bütün qurumlarda tətbiq olunur...

Dövlət şəhid və qazi ailələri üçün heç nəyi əsirgəməməlidir” – Arzuxan  Əlizadə – Yenicag.Az

Arzuxan Əlizadə 

AMİP sədri Arzuxan Əlizadə mövcud vəziyyətdən təəssüfləndiyini dilə gətirdi: “Etiraf etmək lazımdır ki, ölkəmizdə hüquq-mühafizə sistemində olan bəzi boşluqlar sonda bu cür qərarların verilməsinə səbəb olur. Məhkəmələrdə ədalətsiz qərarların çıxarılması hallarına da az rast gəlmirik. Bu qərarların nəticəsi olaraq, Azərbaycan dövləti sonradan təzminat ödəməli olur. Həmin qərarlar ləğv olunur. Dövlətin üzərinə öhdəliklər qoyulur. Bundan ölçü götürülməlidir. Amma Azərbaycanın dostu olmayan, bizə düşmən mövqeyində olan güclər də bu vəziyyətdən istifadə edir, imicimizə xələl gətirən qərarların verilməsinə nail olurlar”.

Partiya sədri Türkiyə əleyhinə verilən qərarlara da toxundu: “Bu təbii ki, təsadüf deyil. Ona görə də əvvəldə boşuna vurğulamadım ki, Azərbaycana dost olmayan, düşmən olan ölkələr var. Türk dünyasının bugünkü yüksəlişi bir çox dövlətlərdə narahatlıq yaradır. Həm Azərbaycan, həm də Türkiyə müstəvisində onlara əsas verilməməlidir. Təbii ki, Azərbaycanla müqayisədə Türkiyədə hüquq-mühafizə sistemi daha ədalətlidir. Amma buna baxmayaraq, Türkiyə ilə bağlı da bu cür qərarların şahidi oluruq. Bu cür qərarların qarşısını almaq üçün Azərbaycan və Türkiyə hökumətləri səviyyəsində addımlar atılmalıdır, problemlər aradan qaldırılmalıdır. Boşluqlar aradan qaldırılandan sonra iki qardaş ölkənin əleyhinə verilən qərarların üzərinə getməklə onların qarşısını almaq mümkündür. Azından bir ölkədə qərar verilir, sonradan bunun düzgün olmadığı barədə qərar çıxarılırsa, bu, xoş hal ola bilməz. Azərbaycanda belə hallara rast gəlmişik. Bu cür yanlışlıqların ilk növbədə qarşısı alınmalıdır. Bütün          bunlardan sonra üzərlərinə rahat şəkildə getmək olar”.

ABŞ-da anti-Azərbaycan bəyanatları artır - senatorların məktubu və Xankəndi  qulduru Konqresdə....

Fuad Əliyev

ALDP rəhbəri Fuad Əliyev sərt danışdı: "Sorosun uşaqları" təkcə Avropa Məhkəməsini ələ keçirməyiblər. Onlar böyük dövlətlərdən tutmuş kiçik dövlətlərin hakimiyyətlərində də təmsil olunurlar. Soros Fondunun nümayəndələri başqa dövlətlərdə inqilablar edirlər, hakimiyyəti dəyişirlər. Bu alınmayanda hakimiyyətlərə təzyiqlər edirlər. Soros Fondun nümayəndələri “5 kolon” hesab olunurlar. Bu fəaliyyətə görə Soros Fondunun fəaliyyəti bir neçə ölkədə, o cümlədən Azərbaycanda da qadağan olunub. Baxmayaraq ki, Azərbaycanda fəaliyyəti qadağan olunub, onun yaratdığı şəbəkə hələ də fəaliyyətini davam edir. Yeri gəlmişkən, Soros Fondunun Azərbaycan nümayəndəliyinin fəaliyyəti dövründə böyük yeyintilər olub. Ayrılan qrantların böyük bir hissəsi psevdomüxalifətin “cibinə” gedirdi. Bu onu bir daha göstərir ki, bu müxalifətə ancaq öz şəxsi maraqları daha vacibdir".

Novella Cəfəroğlu: "Vəsiyyətim var, oğlum çap edəcək..." -

Novella Cəfəroğlu

Hüquq müdafiəçisi Novella Cəfəroğlu problemlərin həllinə çağırış etdi: “Düşünürəm ki, qanunlarda dəyişiklik olmalıdır. Siyasi motivlərlə həbs edilən insanlar var. Bunu etiraf etməliyik. Amma bu motivlə həbs edilənlərin azaldığını da deyə bilərik. Xaricdə və daxildə olan bizim bəzi həmklarlarımız var ki, mütəmadi olaraq, bu məsələni qabardırlar. Hökumət bu istiqamətdə addımlar atmalıdır. Siyasi motivlərlə tutulanların hamısı azadlığa buraxılmalıdır. Əvəz Zeynallının məsələsi heç də bizə müsbət imic gətirmədi. Bu şəxs jurnalistdir, tənqid də edə bilər. Söyüş söymür ki? İnsanların sözlərini deyirdi. Vətəndaşlar Xural.TV-yə gəlir, problemlərini deyirdilər. Bəlkə də Əvəz Zeynallı küçədə baş verə biləcək çıxışların, etiraz aksiyalarının qarşısını alırdı, kim bilir? Yəni etirazçı insanlar gəlib onun efirinə çıxıb, sözlərini deyirdilər. Birini həbs edirlər, sonra istinad edirlər ki, bu mənlik deyil, yuxarıdan deyiblər. Axı yalandır. Düşünmürlər ki, bu qərarlar Azərbaycan üçün zərbədir. İmkan verə bilərdilər ki, istintaq getdiyi müddətdə evində olsun. Biri var ki, Azərbaycana külli miqdarda ziyan vursun, bu ayrı məsələ ola bilərdi. Amma burada elə bir hal yoxdur. Sadəcə, tənqid edib. Bu halların hamısının qabağı alınmalıdır. Bunu məhkəmə də bilməlidir, hökumət də addım atmalıdır ki, bu məsələlər olmasın”.

Cavanşir ABBASLI
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR