İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa İttifaqının qaz anbarları 90 faizədək doldurulub

Avropa İttifaqının qaz anbarları təxminən 90 faizə qədər dolub. Bu, Rusiya qazının ABŞ və Norveçdən idxal olunan qazla əvəzlənməsi fonunda baş verib.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayen deyib.

“Hazırda Avropa İttifaqının anbarlarında qaz ehtiyatları demək olar ki, 90 faiz səviyyəsindədir. Bu, ötən ilin eyni günü ilə müqayisədə 15 faiz çoxdur”, - deyə o bildirib

Avropa Komissiyasının rəhbəri, həmçinin qeyd edib ki, Rusiya qazının Avropa bazarında payı 41 faizdən 7,5 faizə enib. Onun sözlərinə görə, Rusiyadan qaz tədarükünün azalması ABŞ və Norveçdən idxal hesabına kompensasiya olunur.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR