Onlayn ictimai-siyasi qəzet
Avropa İttifaqı ilə Rusiya arasında münasibətlər gərgin olsa da, şərab ticarəti sürətlə davam edir.
Musavat.com xəbər verir ki, son statistik məlumatlara görə, Avropa ölkələrindən Rusiyaya şərab ixracı son yarım ilin ən yüksək səviyyəsinə çatıb.
Avropa Statistika İdarəsinin (Eurostat) məlumatına görə, 2024-cü ilin may ayında Aİ ölkələrindən Rusiyaya 9,9 min ton şərab ixrac olunub. Bu göstərici apreldəki 9,7 min tonla müqayisədə artım deməkdir. Bu, 2024-cü ilin noyabrında qeydə alınmış 12,7 min tonluq göstəricidən sonra ən yüksək ikinci rəqəmdir.
Maraqlıdır ki, Avropa İttifaqı Rusiya ilə siyasi və diplomatik münasibətlərdə sərt mövqe sərgiləsə də, ticarət sahəsində, xüsusilə də alkoqollu içkilər üzrə əməkdaşlıq davam edir.
İxracı artıran əsas ölkələr isə İtaliya, Polşa, Fransa, Avstriya və İspaniyadır.
Musavat.com
21 Iyul 2025
20 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ