İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa İttifaqı Aral dənizinin quruyan hissəsində 27 min duzadavamlı ağac və kol salacaq

Avropa İttifaqının üzvü olan dövlətlər bu ilin sonunadək Aral dənizinin quruyan hissəsində 27 min duza davamlı ağac və kol salacaq.

AZƏRTAC xəbər verir ki, 1960-cı ilədək dünyada böyüklüyünə görə dördüncü göl olan Aralın böyük hissəsi quruduğuna görə hazırda bu region ekoloji fəlakət zonasına çevrilib. Keçən əsrin 70-80-ci illərinə qədər Muynak Aral sahillərində liman şəhəri kimi tanınıb. Bu gün dənizin 90 faizi quruyub, suyun dibi isə pas atmış gəmilərin quma batdığı səhraya çevrilib.

Aral 1960-cı ildə dünyada sahəsinə görə dördüncü göl sayılıb. Son 50 ildə onun sahəsi 3-4 dəfə kiçilib, suyun səviyyəsi 18 metr aşağı düşüb. Suyun duzluluğu artdığına görə balıq ehtiyatları tamamilə tükənib. Güclü külək qumu sovuraraq uzaq yaşayış məntəqələrinə qədər aparıb və beləcə ekoloji fəlakət zonası yaranıb.

Dənizin quruyan hissəsində-60 min kvadratmetr ərazidə Aralqum səhrası yaranıb. Bu səhranın təxminən yarısı Özbəkistanın Qaraqalpaq Respublikasının ərazisinə düşür. Qaraqalpaq Respublikasında isə 2 milyona yaxın əhali yaşayır.

Son 20 ildə Aral dənizinin quruyan hissəsi qum qasırğası məkanına çevrilib. Bu da hər il Qaraqalpaq Respublikasının iqtisadiyyatına 44 milyon dollar ziyan vurur, bu ərazilərdə yaşayan insanların sağlamlığına mənfi təsir göstərir. Yaxın 20 ildə dəyən zərərin həcminin 840 milyon dollar olacağı proqnozlaşdırılır. Qum qasırğası nəticəsində hər il Qaraqalpaqstanın kənd təsərrüfatına və əhalinin sağlamlığına dəyən zərər 11,6 milyon dollara bərabərdir.

Aralın sahilindəki Muynak şəhəri “Fox News” jurnalının “Dünyanın ən dəhşətli yerləri” siyahısına düşüb.

Özbəkistan hökuməti “Mənim bağım-Aral dənizi” layihəsi həyata keçirir və Avropa İttifaqı bu təşəbbüsü dəstəkləyir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR