İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa bütün dünyada Rusiya nefti ilə ticarəti mümkünsüz etməyə hazırlaşır

Avropa Komissiyası Rusiya neftinin alışı ilə bərabər, onunla ticarəti də qadağan etməyə hazırlaşır.

Reuters-in yazdığına görə, Aİ-nin 6-cı sanksiya zərfinə iyunun 1-dən Avropa şirkətlərinə Rusiya neftinin daşınması, bu prosesə broker, sığorta və maliyyə xidmətlərinin təqdim olunmasının qadağan edilməsi də daxildir. Qadağa həmçinin Rusiya neftinin bir tankerdən digərinə boşaldılmış, digər markalarla qarışdırılmış formada ticarətini də əhatə edəcək.

Agentliyin Aİ-dəki mənbəsinin dediyinə görə, Rusiya nefti ilə ticarətə embarqo 6 aydan sonra tam qüvvəyə minəcək. Bu qadağa yalnız yeni müqavilələri deyil, spot bazarında əvvəlcədən imzalanmış uzunmüddətli müqavilələri də əhatə edəcək. Beləliklə də, Rusiya Avropanın almadığı neft həcmlərini digər istiqamətlərə, o cümlədən Asiya istiqamətinə yönəldə bilməyəcək.

Bu arada, Macarıstanın mövqeyi üzündən 6-cı sanksiya paketini mayın 4-də razılaşdırmaq mümkün olmayıb. Reuters-in yazdığına görə, proses həftəsonuna qədər yekunlaşdırılacaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR