İnsanlara hürriyət, millətlərə istiqlal!

“Avropa Birliyi ilə yeni imzalanacaq saziş regionun enerji ixracı siyasətində mühüm səhifə açacaq”-komitə sədri

“Hazırda dünyada ABŞ dollarının digər valyutalara, xüsusilə də avroya nisbətən bahalaşması müşahidə olunur. Bunun əsas səbəbləri kimi ABŞ Federal Ehtiyatlar Agentliyinin uçot dərəcəsini sərt artırması, Avropa Mərkəzi Bankının nisbətən yumşaq siyasəti, Ukraynada müharibə, Avropa bazarlarında enerji qiymətlərinin artımını göstərmək olar”.

Musavat.com-un məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri bildirib. Deputat qeyd edib ki, iqtisadi nöqteyi nəzərdən, ucuz avro Avropa Birliyi ölkələri üçün ixracda mühüm üstünlük yaradacaqdır: “Amma eyni zamanda idxalın bahalaşması inflyasiyaya da təzyiqi artıracaqdır. Avropa Birliyi Azərbaycanın mühüm iqtisadi tərədaşıdır. Avronun dollara nisbətən ucuzlaşması idxalda avropa məhsullarının payının daha da artmasına səbəb olacaqdır. Digət tərəfdən, yerli sahibkarlarımız üçün dollar ilə ixrac olunan bazarlara məhsul satışını artırmaq daha cəlbedici olacaqdır”.

T.Mirkişili əlavə edib ki, neftin dünya bazalarında qiymətində hazırda enmə müşahidə olunur: “Bunun da bir çox səbəbləri var. Əsas səbəblərdən Çində pandemiyanın yenidən baş qaldırması ehtimalı, Ukraynada müharibənin uzanması, dünya bazalarında iqtisadi böhran gözləntilərinin daha da güclənməsini göstərmək olar. İMF-də bu bu günlərdə 2022-2023-cü illər üçün dünyada iqtisadi artım proqnozlarının 3.6%-ə qədər azaltmışdır. Digər tərəfdən bu günlərdə ABŞ-Səudiyyə Ərəbistanı arasında əldə edilən anlaşmaya görə səudiyyəlilər 2 ay ərzində gündə bazara əlavə 2mln barrel neft çıxarmağı planlaşdırırlar. Bütün bu amillər neftin qiymətinin aşağı enməsinə təsir görstəcəkdir. ABŞ siyasətində əsas hədəf neftin bir barelinin orta qiymətinin 60 dollar həddinə çatdırmaqdır. Bu alınacaq yoxsa yox, bunu zaman göstərəcək, çünki bazar çox dəyişkəndir, dünyada situasiya o qədər mürəkkəbdir ki, proqnoz vermək mümkün deyil hətta. Azərbaycan dövlət büdcəsi yeni qəbul olunmuş büdcə qaydalarına uyğun olaraq neftin qiymətinin volatilliyindən əsasən sığorta olunub. Amma qiymətin düşməsi istənilən halda ölkəmizin bu məhsulun ixracından əldə etdiyimiz valyuta gəlirlərini azaldır”.

Komitə sədri Azərbaycan-Avropa Birliyi əməkdaşlığını yüksək dəyərləndirib: “Azərbaycan Avropa Birliyi üçün etibarlı və mühüm qaz tədarükçüsünə çevrilməkdədir. Bu rol getdikcə artır. Avropa bazarlarında qazın qiymətini tarixi maksimum həddə olması ölkəmizin bu məhsul ixracından mühüm valyuta gəliri əldə etməsinə imkan yaradır. Bu il ölkəmizin qaz ixracından gəliri 4.7 dəfə artıb. Bu, mühüm göstəricidir. Azərbaycan eyni zamanda Xəzərdəki digər yataqlardan da qaz istehsalını artırmaqlda ixracın həcmini daha da artırmağı planlaşdırır. Avropa Birliyi ilə yeni imzalanacaq saziş regionun enerji ixracı siyasətində mühüm səhifə açacaq. Bütün bunlar isə hələ illər öncə Cənub Qaz Dəhlizi layihəsini həyata keçriliməsinə qərar vermiş Azəbaycan Prezidenti İlham Əliyevin iqtisadi siyasətinin nə dərəcədə strateji və uzaqgörən olduğunu bir daha göstərməkdədir”.
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR