İnsanlara hürriyət, millətlərə istiqlal!

Avro ucuzlaşdı - SƏBƏB

İlk yayın vaxtı 14 sentyabr, 23:21

Avropa Mərkəzi Bankı bugünkü iclasında hər üç əsas faiz dərəcəsini 25 faiz bəndi artırmaq qərarına gəlib.

Musavat.com bankın açıqlamasına istinadən xəbər verir ki, kreditlər üzrə baza dərəcəsi 4,5 faizə, depozitlər üzrə faiz dərəcəsi 4 faizə, marja kreditləri üzrə faiz dərəcəsi 4,75 faizə qədər artırılıb.

“Avropa Mərkəzi Bankı (AMB) faiz dərəcələrinin uzun müddət yüksək səviyyədə saxlanmasının inflyasiyanın hədəfə qaytarılmasına əhəmiyyətli töhfə verəcəyini gözləyir”, - Bunu AMB sədri Kristine Laqard iclasdan sonrakı mətbuat konfransında deyib. Bununla belə, o qeyd edib ki, dərəcələrin artıq pik həddə çatdığını söyləməyə hazır deyil: “Bugünkü qərarla biz inanırıq ki, inflyasiyanın vaxtında hədəf göstəriciyə qaytarılmasına kifayət qədər töhfə vermişik və hazırda hər iki element vacibdir – həm dərəcələrin kifayət qədər məhdudlaşdırıcı səviyyəsi, həm də onların saxlanma müddəti. Aydındır ki, hazırda diqqət daha çox “müddət” üzərindədir, lakin bu o demək deyil ki, biz indi dərəcələrin artıq pik həddinə çatdığını söyləyə bilərik”.

Laqardın sözlərinə görə, uçot dərəcəsinin artırılması barədə qərar böyük səs çoxluğu ilə qəbul edilib. Eyni zamanda AMB-nin İdarə Heyətinin bəzi üzvləri bu iclasda sərtləşdirmə dövrünü dayandırmağı üstün tuta bilər.

Laqard AMB-nin aktivlərin geri alınması proqramı (APP) çərçivəsində aldığı istiqrazların birbaşa satışının mümkünlüyünü hələ müzakirə etmədiyini söylədi. İclasdan sonra tənzimləyicidən verilən açıqlamada qeyd olunub ki, APP-nin həyata keçirilməsi zamanı alınmış qiymətli kağızlar portfeli mülayim sürətlə azalır, çünki AMB artıq geri alınmış qiymətli kağızlardan əldə edilən gəlirləri yenidən investisiya etmir.

Faizlərin endirilməsi perspektivləri ilə bağlı sualı cavablandıran Laqard bildirib ki, bank hələ bunu müzakirə etmir. O qeyd edib ki, AMB-nin hazırkı proqnozlarına görə, avrozonada inflyasiya hətta 2025-ci ildə də 2 faizlik hədəfə qayıtmayacaq: “İnflyasiya yavaşlayır və biz onun yavaşlamağa davam etməsini istəyirik. Biz bunu resessiyaya səbəb olmaq istədiyimiz üçün deyil, qiymət sabitliyinə nail olmaq istədiyimiz üçün edirik”.

AMB-nin iclası və Laqardın çıxışından sonra avronun ABŞ dollarına nisbətdə məzənnəsi enib.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR