Onlayn ictimai-siyasi qəzet
ABŞ-ın keçmiş prezidenti Donald Trampa sui-qəsd cəhdində şübhəli bilinən Tomas Metyu Kruks məşq etmək üçün dəfələrlə tirə gedib.
Musavat.com xəbər verir ki, bu barədə Amerikanın ABC telekanalı məlumat yayıb.
“Keçmiş prezident Donald Trampa sui-qəsd cəhdində şübhəli bilinən şəxs hücumdan əvvəlki il ərzində onlarla dəfə atışma poliqonuna baş çəkib”, – deyə telekanalın açıqlamasında bildirilir.
Ayova senatoru Çak Qreysli tərəfindən əldə edilən məlumata görə, Kruks intensiv təlim keçib. Məsələn, məlum olub ki, 2023-cü il avqustun 10-da atıcılıq klubuna üzvlük üçün qeydiyyatdan keçdikdən sonra Kruks ilk dörd ayda 20 dəfə olmaqla, ümumilikdə 43 dəfə atıcılıq tirinə baş çəkib.
Donald Trampa sui-qəsd iyulun 13-də axşam saatlarında baş verib. Siyasətçiyə bir neçə dəfə atəş açılıb, bundan sonra o, qulağı qanlı halda səhnədən götürülüb və xəstəxanaya yerləşdirilib. Müalicə aldıqdan sonra Tramp xəstəxanadan buraxılıb.
Atıcı yerindəcə məhv edilib və şəxsiyyəti müəyyən edilib. FTB-nin məlumatına görə, o, 20 yaşlı Pensilvaniya əsilli Tomas Metyu Kruksdur. “New York Post” mənbələrinin məlumatına görə, gənc oğlan Trampın danışdığı səhnənin təxminən 120 metrliyində istehsalat fabrikinin damından atəş açıb.
Bu olayda müəmmalı məqamlardan biri də atıcının cəmi bir atəşlə, dərhal öldürülməsidir. Bu, ona dəlalət edir ki, Kruks daha öncədən nişangahda olub.
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ