Onlayn ictimai-siyasi qəzet
İyunun 16-dan 18-dək ən nüfuzlu dünya turnirlərindən biri olan “Qazaxıstan bəbiri" Qazaxıstanın paytaxtı Astanada, "Barys Arena" idman kompleksində keçiriləcək.
Turnirin təşkilatçılarının Musavat.com-a verdiyi məlumata görə, yarış Beynəlxalq Cüdo Federasiyasının (IJF) təqviminə daxil edilib. Yarışmada Olimpiya oyunlarının, dünya çempionatlarının və Asiya birinciliklərinin çempionları və mükafatçıları da daxil olmaqla 400-dən çox dünya idmançısının iştirakı planlaşdırılır.
Bu, dünyanın hər yerindən olan cüdoçular üçün 2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya xalı qazanmaq üçün əla fürsətdir. Bundan əlavə, yarış başa çatdıqdan sonra mütəmadi olaraq cüdo üzrə beynəlxalq təlim-məşq toplanışı keçiriləcək.
Bildirilir ki, Qazaxıstan cüdo yığması bütün dövrlərdə IJF Grand Slam yarışlarında 7 qızıl, 14 gümüş və 36 bürünc medal qazanıb. Respublikada cüdoçuların sayı 90 minə çatıb. Təlimçilərin sayı 1304 nəfərdir.
Xatırladaq ki, 2023-cü ilin fevralında Qazaxıstan Cüdo Federasiyası Beynəlxalq Cüdo Federasiyası (IJF) ilə dünya "Böyük Dəbilqə" turnirinin Qazaxıstanda keçirilməsi üçün 4 illik müqavilə imzalayıb.
"Böyük Dəbilqə" beynəlxalq yarışlar təqviminə uyğun olaraq IJF dünya turu çərçivəsində keçirilən dünya yarışları silsiləsi. IJF-in qaydalarına əsasən, dünya və olimpiya reytinqlərində xallar yarışın qalibləri və mükafatçıları arasında bölüşdürülür. O cümlədən, 1-ci yer üçün 1000, 2-ci yer üçün 700, 3-cü yer üçün isə 500 xal veriləcək.
Musavat.com
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ