İnsanlara hürriyət, millətlərə istiqlal!

ASCO gəmilərinə xəbərdarlıq göndərilib

Mayın 6-sı axşam saatlarından 8-i səhərədək Xəzər Dəniz Akvatoriyasında Şimal-Qərb-Şimal küləyinin 18-23 ms,arabir 25-30 açıq dənizdə arabir 33 ms, qədər güclənəcəyi gözlənilir.

AzVision.az xəbər verir ki, küləkli hava şəraiti ilə əlaqədar “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) Xəzərdə üzən bütün gəmilərinə xəbərdarlıq göndərib. Bildirilib ki, gözlənilən hava şəraiti ilə əlaqədar gəmilərdə qabaqlayıcı təhlükəsizlik tədbirləri görülsün, gəmilərin qeyd edilən tarixdə təhlükəsiz sığınacaqlara getməsi təmin olunsun. Xəbərdarlıqda həmçinin qeyd olunub ki, səfərə çıxacaq və dənizdə hərəkətdə olan gəmilər gözlənilən hava şəraitini nəzərə alaraq sığınacaqlara getmələrini qabaqcadan planlaşdırsınlar. Külək gözlənilən tarixlərdə limanlarda və lövbərlərdə dayanan gəmilərin kapitanlarına tapşırılıb ki, gəmilərin təhlükəsiz dayanmalarını təmin etsinlər.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR