İnsanlara hürriyət, millətlərə istiqlal!

"Arzum valideynlərimin köç karvanında Ağdərəyə getməsidir"

"Ağdərənin kəndələrinə köç başlayıb. Xəbəri oxuyanda gözümdən yaş axdı. Həmin an atamla anamı düşündüm. Onlar xəstədir, gedib kəndimizi görməyiblər. Atam gedib görüb. Amma anam gedib görməyib, oğlunun məzarını ziyarət etməyib".

Bu sözləri aparıcı Xoşqədəm Hidayətqızı verilişində deyib.

O bildirib ki, ən böyük arzusu valideynlərinin işğaldan azad olunmuş Ağdərəyə getməsidir:

"Gecə-gündüz Allaha dua edirəm ki, onlara ömür versin və köç karvanında kəndimizə gedə bilsinlər. Onlara ölüm yazmısansa da, ertələ. Anamın ən böyük arzusu oğlunun məzarını ziyarət etməkdir. Bir tərəfdən sevinirik ki, yurdumuza gedirik. Digər tərəfdən içimdə kədər var ki, görəsən, valideynlərim ora yetişəcək. Onlardan sonra da verilişi zorla aparıram".//Axşam.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Fevral 2025

19 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR