İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskvanın Ermənistanda yeni “broker lider” inqilabı - Samvel Karapetyan həbsdə hərəkat yaratdı

Musavat.com xəbər verir ki, “Tashir Group”un prezidenti, milyarder Samvel Karapetyanın adından yayılan müraciətdə Ermənistanda “Bizim Yolla” adlı yeni siyasi hərəkatın yaradıldığı açıqlanıb. Müraciət onun müdafiəsi üçün yaradılmış Şura tərəfindən yayımlanıb. Burada hərəkatın məqsədləri sırasında iqtisadiyyatın inkişafı, biznes üçün real imkanların yaradılması, milli dəyərlərin möhkəmləndirilməsi, Ermənistanın etibarlı tərəfdaş imicinin bərpası, Qarabağ ermənilərinin ləyaqətli həyat hüquqlarının təminatı, təhsil sisteminin inkişafı, gənclərə gələcək inamının qaytarılması və Ermənistan Apostol Kilsəsinin müdafiəsi yer alır.

Samvel Karapetyan Paşinyana qarşı fəaliyyətini GÜCLƏNDİRİR – Yeni partiya  QURACAQ - Yeni Çağ

Samvel Karapetyan hazırda həbsdədir. Onun siyasətə daxil olması ekspertlər tərəfindən Moskvanın birbaşa dəstəyi ilə həyata keçirilən layihə kimi qiymətləndirilir. Bu ssenari əvvəlcə Qarabağ üzərindən milyarder Ruben Vardanyan vasitəsilə işə salınmış, lakin Vardanyanın Azərbaycan tərəfindən həbs olunmasından sonra yeni “broker lider” kimi Karapetyan önə çəkilmişdi. Məqsəd – Paşinyana alternativ yaratmaq və ölkədə siyasi destabilizasiya formalaşdırmaqdır.

Bu taktika Moskva üçün yeni deyil. Kreml daha əvvəl Gürcüstanda eyni üsulla Bidzina İvanişvili vasitəsilə hakimiyyət dəyişikliklərinə nail olmuşdu. Ermənistan kontekstində isə Moskva iki dəfə oxşar ssenarini işə salmağa cəhd edib. Lakin indiyədək bu plan uğur qazanmayıb. Paşinyan hələ də ciddi müqavimət göstərir və öz mövqeyindən geri çəkilmir.

Rusiyaya bağlı qüvvələrin maliyyə imkanları və siyasi əlaqələri olsa da, erməni ictimaiyyəti arasında real etimad qazanmamaları onların əsas zəif nöqtəsidir. Bu səbəbdən geniş xalq kütlələrini etirazlara qaldırmaq, kütləvi təzyiq yaratmaq imkanları məhduddur. Paşinyanı kiçik rıçaqlar vasitəsilə devirmək planları hazırda real görünmür.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR