Onlayn ictimai-siyasi qəzet
"Rusiyanın xarici siyasət bloku hazırkı vəziyyətin Ermənistan hakimiyyətinin, xüsusən də baş nazir Nikol Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanıması ucbatından yarandığını deyir və buna görə rəsmi İrəvanı ittiham edir. Ermənistan isə (öz növbəsində) Rusiyanı üçtərəfli bəyanatın öhdəliklərini yerinə yetirməməkdə suçlayır".
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözlər Qarabağda separatçıların başçısı Araik Arutunyan tərəfindən yerli televiziyaya müahibəsində səslənib.
“Suçlamaların hər ikisi həqiqətə yaxındır, amma üçüncüsü var ki, bu gün onun haqqında danışılmır. Bu, həm də Azərbaycan-Ermənistan infrastrukturlarının yenidən işə salınması və ya yenilərinin tikilməsi ilə bağlı yaranmış vəziyyətdir. Azərbaycan bundan yararlanır və Qarabağ ermənilərinə təzyiq göstərməkdə davam edir”,-deyə Arutunyan bildirib.
Musavat.com
07 Fevral 2025
06 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ