Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, İstanbulda keçirilməsi planlaşdırılan Rusiya və Ukrayna nümayəndə heyətləri arasındakı danışıqların başlama ehtimalı hələ də qalır. Bu barədə TASS agentliyi diplomatik mənbəyə istinadla məlumat yayıb.
Qeyd olunur ki, danışıqların dəqiq vaxtı hələ müəyyənləşməsə də, onların tamamilə ləğv edilməsi ilə bağlı hər hansı qərar verilməyib.
***
İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətlərinin görüşü başlayıb.
“Report” xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Görüş Dolmabahçe sarayında keçirilir.
Ukrayna nümayəndə heyətini xarici işlər naziri Andrey Sibiqa, müdafiə naziri Rüstəm Umerov, Prezident Ofisinin rəhbəri Andrey Yermak və onun iki müavini, Rusiya tərəfini isə Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski, xarici işlər nazirinin müavini Mixail Qaluzin, Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş İdarəsinin rəisi İqor Kostyukov və müdafiə nazirinin müavini Aleksandr Fomin təmsil edirlər.
ŞƏRHLƏRŞƏRH YAZ