İnsanlara hürriyət, millətlərə istiqlal!

Armen Qriqoryan: Heç KTMT Ermənistanın sərhədlərini tanımır

“Söhbət Ermənistanın KTMT-dən çıxıb-çıxmayacağından yox, KTMT-nin Ermənistanı tərk edib-etməməsindən gedir. KTMT Ermənistanın sərhədlərini tanımır, bu, ciddi problemdir, çünki sərhəd yoxdursa, deməli, məsuliyyət sahəsi də yoxdur”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu yerli FactorTV-yə müsahibəsində Ermənistan Təhlükəsizlik şurasının katibi Armen Qriqoryan deyib.

Ermənistana qaz nəqlinin müvəqqəti dayandırılmasına toxunan Qriqoryan izah edib ki, Rusiya tədarüklə bağlı problemin texniki xarakter daşıması barədə məlumat verib.

“Ümid edirəm ki, bu, texniki problemdir. Əgər Ermənistan qaz və ya başqa istiqamət problemi ilə üzləşsə, o zaman biz, alternativ yollar üzərində düşünəcəyik. Ermənistan üçün əsas məsələ öz problemlərini həll etməkdir. Və həll yollarının axtarışı müxtəlif yerlərdə aparılacaq. Problemlər yaranarsa, onların həlli üçün bütün addımları atmağa hazırıq”, - deyə o, qeyd edib.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR