İnsanlara hürriyət, millətlərə istiqlal!

“Arabanın 5-ci təkəri”nə çevrilən Fransa - Makron bizdən nə istəyir?

Bakıdan sərt təpki: “Makronun dövründə Fransanın vasitəçiliyindən imtina etməliyik...”

Fransa prezidenti Emmanuel Makron yenə Ermənistana reverans, bölgənin açar ölkəsi Azərbaycana qarşı isə həyasız demarş edib. Belə ki, ermənipərəst prezident yenə ölkəmizi Ermənistana qarşı təxribatda suçlayıb.

“Yeni Müsavat” bildirir ki, o, Rusiyanı “Qafqaz regionunda və onun hüdudlarından kənarda vəziyyətin sabitliyini pozmaqda”, Ermənistan və Azərbaycan arasında baş vermiş son sentyabr toqquşmaları “baxımından məqsədli təxribatda” ittiham edib. “Son iki ildə sərhəddə nələr baş verir... Guya sərhədi 5 min rus əsgəri qoruyur, amma bir neçə əsrdir davam edən bu münaqişədən ruslar sui-istifadə edərək Azərbaycanın xeyrinə oyun oynadılar, Ermənistanı zəiflətməyə çalışdılar. Bu, Rusiyanın sabitliyi pozmaq cəhdidir. Qafqazda qarışıqlıq yaratmaq istəyir, məqsəd bizim hamımızı qeyri-sabit vəziyyətə salmaqdır”, - Makron “Fransa 2" telekanalına müsahibəsində bildirib.

Öz ənənəvi qatı ermənipərəstliyini gizlətməyən Makron ardınca əminliklə bildirib ki, Fransa Ermənistanı tək qoymayacaq. “Ermənistan bizim unikal əlaqəmiz olan ölkədir. Azərbaycan sərhəd boyu bir neçə yerdən Ermənistana qarşı hücuma keçib. Biz buna görə onları qınadıq. Biz erməniləri tək buraxmayacağıq”, - Fransa prezidenti əlavə edib. Bu da hələ hamısı deyil. “Avropa İttifaqı qaz tədarükü ilə bağlı saziş imzaladığına görə bu qurumun Azərbaycana qarşı hansısa formada tolerantlığı varmı” sualına cavabında Makron dolayısıyla yenə Bakını hədəf alıb, xristian dəyərlərini qabardıb. Öncə qeyd edib ki, Fransa Azərbaycandan qaz almır: “Əlbəttə, bir neçə Avropa ölkəsi ilə qaz sazişləri var. Amma mən sizə Fransa və Avropanın səsi haqqında danışıram və deyirəm ki, bizim dəyərlərimiz və prinsiplərimiz nə qazla, nə də neftlə alına bilməz”.

Makronun fikrincə, Qarabağ mübahisəli ərazidir və iki il əvvəl Azərbaycan guya oraya hücum edərkən qanlı hadisələr yaşanıb.

Fransa prezidentinin və onun sələflərinin, fransız siyasətçilərin əksəriyyətinin, bütövlükdə Fransanın ermənipərəst mövqeyi, o cümlədən 30 illik erməni işğalı dövründəki siyasəti, əlbəttə ki, bizim üçün yeni deyil. Qəribə də deyil. Bu yerdə Fransa parlamentinin qondarma “artsax”ı dövlət kimi tanıması barədə rüsvayçı qərarını da yada salmaq olar.

Qəribə olan rəsmi Parisin heç nə olmayıbmış kimi Azərbaycana münasibətdə ikiüzlü, riyakar yanaşma sərgiləməyə davam etməsi, bölgədə Ermənistanın əli ilə “arabanın 5-ci təkəri”nə çevrilməsidir. Sülhdən danışa-danışa faktiki sülhü əngəlləməsi, üstəlik, utanmazcasına özünü Minsk Qrupunun həmsədri sayması, yalançı vasitəçilikdən hələ də imtina etməməsi, erməni revanşistləri daima şirnikləndirməsi, regiona “arxa qapı”dan soxulmaq istəməsidir. Fransanın bölgəmizlə, Azərbaycanla bağlı hədəfi nədir və bizdən nə istəyir?

Gec də olsa, doğru qərar verildi”- Elxan Şahınoğlu - Aktualinfo.org

Elxan Şahinoğlu

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun sözlərinə görə, Makron son müsahibəsində anti-Azərbaycan və qatı ermənipərəst mövqeyi ilə Parisin vasitəçiliyinə zərbə vurub. “Praqada Azərbaycan, Ermənistan, Avropa İttifaqı və Fransa liderləri arasında dördlü format əsasında görüş və müzakirələrin aparılması ideyası Makrona məxsus idi. Vasitəçi tərəfsiz olmalıdır. Ancaq Makron dözmədi və növbəti dəfə bu adi prinsipi pozdu. Halbuki ondan əvvəlki prezidentlər Jak Şirak, Nikola Sarkozi və Fransua Olland ermənilərə simpatiyalarına baxmayaraq, Azərbaycan əleyhinə açıqlamalardan çəkinirdilər. Makron müsahibəsində Qarabağı ”mübahisəli ərazi" adlandıraraq deyib ki, bu bölgə Ermənistanın “mərkəzindədir”. O, Ermənistanla Azərbaycanın xəritəsini səhv salıb, diqqətlə baxsaydı Qarabağın Azərbaycanın içərisində olduğunu və Ermənistanla, sadəcə, dəhlizi olduğunu görərdi", - deyə analitik bildirir. 

Politoloqun fikrincə, rəsmi Bakı Makronun prezidentliyi dövründə Fransanın vasitəçilik təşəbbüslərindən imtina etməlidir: “Makron ermənipərəst mövqeyi ilə yalnız ölkəsinin vasitəçilik imkanlarına zərbə vurmadı, eyni zamanda elə Ermənistana da ”ayı xidməti" göstərdi. Çünki Makron müsahibəsində guya Rusiyanın Azərbaycanı dəstəklədiyini vurğulayaraq Parisin ermənilərin yanında yer aldığını bildirib. Rusiya Xarici İşlər Nazirliyi Makronu tənqid edən bəyanat yayıb. Bu bəyanat həm də İrəvana mesajdır ki, Makrona minnətdar olsanız, hamınız Kremlin qəzəbinə gələcəksiniz. Makronun müsahibəsində “Fransa Azərbaycandan qaz almır” yalanı da Fransaya baha başa gələ bilər. Necə yəni almır? Fransanın nəhəng “Total” şirkəti Azərbaycanın “Abşeron” yatağında əsas operatorlardan biridir, Dövlət Neft Şirkəti ilə birgə 50 faiz paya malikdir. Makron belə davam edərsə, pay bölgüsünə yenidən baxmaq lazım gələcək. Azərbaycanla Ermənistan arasında 3 vasitəçi - Rusiya, ABŞ və Avropa İttifaqı var. Fransa dördüncü vasitəçi kimi özünü sırımağa çalışır. Makronun ermənipərəst mövqeyini əlimizdə rəhbər tutaraq Parisin vasitəçi təşəbbüslərindən imtina etməliyik. Fransa Avropa İttifaqının üzvüdür, odur ki, Brüsselin vasitəçiliyi yetərlidir".

Zaur Məmmədov: Azərbaycan bütün məsələlərdə hər zaman Türkiyənin yanındadır  - AZƏRTAC

Zaur Məmmədov

Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov hesab edir ki, Fransa və Ermənistan Qafqazda məkrli plan üzrə hərəkət etmək fikrindədirlər: “Məlum olub ki, Fransa Senatı ölkə hökumətini Xankəndində humanitar ofisin yaradılması məsələsini müzakirə etməyə, ərazi bütövlüyünü təmin etmək üçün Ermənistana hər cür yardım göstərməyə, xüsusən də onun müdafiə qabiliyyətini gücləndirməyə çağırır. Qətnamə müəllifləri Fransa hökumətindən erməni əhalisinin və Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində təhlükəsizliyinə təminat verməsini xahiş edir və bu məqsədlə beynəlxalq qüvvələrin yerləşdirilməsi xahişini təklif edirlər. Senatorlar davamlı sülhün bərqərar olması üçün danışıqlar vasitəsi kimi istifadə oluna bilinən ”DQR"in tanınmasının zəruriliyini təsdiq edirlər. İrəvan və Paris Azərbaycana kələk gəlmək istəyirlər: Azərbaycan və Ermənistan bir-birilərinin sərhədlərini tanıyır. Sonradan beynəlxalq sərhədlərin tanınmasının Qarabağın dağlıq hissəsi ilə əlaqəli olmayacağını deyəcəklər. ABŞ birbaşa deyil, dolayısı ilə, Aİ xətti ilə Ermənistanda möhkəmlənmək istəyir. Bununla bağlı olaraq sülhün möhkəmləndirilməsi adı altında Ermənistanda müəyyən ofislərin açılması ilə bağlı təkliflərin ediləcəyi istisna deyil. Yaranmış vəziyyətdə Paşinyan geosiyasi seçim kontekstində sərhəddə yeni təxribatlar törədə bilər".

Asif Nərimanlı: "Avropanı “qazla boğmaq” və..."

 Asif Nərimanlı

Siyasi şərhçi Asif Nərimanlının sözlərinə görə, Makronun Ermənistanı sona qədər tək qoymayacaqlarını bəyan etməsi göstərir ki, bu ölkənin Bakı-İrəvan münasibətlərinin normallaşmasında vasitəçilik etməsi qəbul edilə bilməz, çünki Fransa tərəf olduğunu ən yüksək səviyyədə bəyan edir: “Müsahibədə əsas diqqətçəkən məqamlardan biri isə Azərbaycanın Avropaya qaz satmasının heç bir ”güzəştə" əsas vermədiyi haqda dedikləridir. Bununla “Azərbaycana qarşı sanksiyaları nəzərdən keçirmədiklərini” deyən Avropa İttifaqının beynəlxalq məsələlər üzrə ali komissarı Josep Borelə cavab verir və Bakıya qarşı cəbhəni gücləndirəcəklərini elan edir. Gələn ay Fransa Senatı Azərbaycana qarşı sanksiyaların tətbiqini müzakirə edəcəklər. İstisna deyil ki, Fransa hökuməti təzyiq xarakterli qərarların qəbuluna çalışacaq".

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR