İnsanlara hürriyət, millətlərə istiqlal!

Anna Akopyan açılışa qatıldı, Ermənistan bayrağı endirildi

Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan Lançikdə (Qərbi Azərbaycanın Mustuqlu kəndi-red.) yeni uşaq bağçasının açılışını edib. Ermənistan mediası və sosial şəbəkələrin erməni seqmenti isə baş nazirin ailəsini tənqid atəşinə tutub.

Çünki hər bir işdə olduğu kimi Anna Akopyan bu açılışda da təşkilatçılığa dırnaqarası yanaşıb. Adətən açılışlarda dövlət bayrağı binanın qarşısında qaldırılmış halda olur. Bu dəfə isə əksinə, Ermənistan bayrağı aşağı endirilmiş formada qalıb.

Ermənilər hüzndə, Anna Akopyan isə kef eləyirSiyasi fəal Karapet Poqosyan Facebook səhifəsində bununla bağlı diqqətçəkən foto paylaşaraq yazıb: “Dünən "Erato" (Narazı ermənilər Anna Akopyanı belə çağırırlar-red.) Lançikdə uşaq bağçası açıb. Ermənistan Respublikasının rəmzi olan dövlət bayrağı yarıya qədər qaldırılıb və açılış zamanı belə biyabırçı formada dalğalanıb. Adətən Eratonun əri Paşinyan torpaq bağışlayanda və ya matəm günü elan ediləndə bayrağımız yarıya endirilir. İndi bir məsələni anlamaq istəyirəm. Görəsən bu olay da rəmzi məna daşımır ki? Anna Akopyanın Lançikə bu formada gəlməsi növbəti matəm anlamı verir, ya bu ərazi də Azərbaycana təhvil veriləcək?", - Poqosyan yazıb.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR